atatv.az
atatv.az

Nüvə silahlarına qarşı “qalxan” sayılan müqaviləyə “STOP” - Daha təhlükəli raketlər HAZIRLANACAQ

7-02-2019, 14:35

Nüvə silahlarına qarşı “qalxan” sayılan müqaviləyə “STOP” - Daha təhlükəli raketlər HAZIRLANACAQ

Amerikanın Orta və yaxın mənzilli Nüvə Qüvvələrinə dair müqavilədən çıxmasından sonra Rusiya prezidenti Vladimir Putin də ölkəsinin müqavilədəki iştirakını dayandırdığını bəyan etdi.

Atatv.Az modern.az-a istinadən xəbər verir ki, Rusiya Vaşinqtona cavab olaraq 2021-ci ilə qədər yeni raket kompleksi hazırlayacaq.

1987-ci ildə ABŞ prezidenti Ronald Reyqan və SSRİ rəhbəri Mixail Qorbaçov tərəfindən imzalanmış müqaviləyə görə 500 km-dən 5500 km-ə qədər olan bütün nüvə raketləri qadağan edilməli idi.

Lakin Rusiya və Amerika qızğın silahlanmaya girişmişdi, bununla belə hər iki tərəf bir-birini müqavilənin şərtlərini pozmaqda ittiham edirdi.

Vaşinqton və Moskva müqaviləyə "stop" deyəndən sonra isə bəyan ediblər ki, yeni raket sistemlərinin hazırlanması planlaşdırılmır.

Vladimir Putin qeyd etmişdi ki, Rusiya balansındakı mövcud qanadlı raketləri yerdən buraxılması üçün çalışmalıdır.

Həmçinin hipersəs raketlərinin də təkmilləşdiriləcəyini bəyan etmişdi.

Moskvanın ittihamına görə, Birləşmiş Ştatların müqavilədən çıxmaq üçün irəli sürdüyü "arqument" bəhanədir. Qeyd olunur ki, ABŞ yeni raketlər hazırlamaq üçün müqavilədən çıxmaq istəyirdi. Vaşinqton isə bu ittihamlar rədd edir.

ABŞ-ın Tərksilah Konfransındakı daimi nümayəndəsi, səfir Robert Vud isə bildirib ki, Rusiya müqavilənin şərtlərinə əməl edəcəksə, Vaşinqton da öz mövqeyini təkrar gözdən keçirəcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930