atatv.az
atatv.az

“Qorxmayın, cənazəsini verəcəyik” - Hakimdən həyasız cavab

7-02-2019, 21:07

“Qorxmayın, cənazəsini verəcəyik” - Hakimdən həyasız cavab
İran İnqilab Məhkəməsi həbs edilmiş güney azərbaycanlı milli-mədəni fəal Abbas Lisaninin həyat yoldaşı Rüqəyyə Əlizadəyə məsuliyyətsiz və hədələyici cavab verib.
Atatv.az Teleqraf.com-a istinadən xəbər verir ki, Rüqəyyə Əlizadə həyat yoldaşının həbs edilməsi ilə bağlı növbəti dəfə məhkəməyə müraciət edib.
O, hakimin qəbuluna düşdükdən sonra Abbas Lisaninin vəziyyəti haqda sual ünvanlayıb. Lakin ona məsuliyyətsiz cavab verilib.

"Qorxmayın, onun cənazəsini sizə təhvil verəcəyik", - Ərdəbil məhkəməsinin hakimi Rüqəyyə Əlizadənin müvafiq sualına belə cavab verib.
Qeyd edək ki, 23 gün əvvəl İranın Kəşfiyyat İşləri üzrə Nazirliyi (ETTELAAT) tərəfindən həbs edilmiş Abbas İlsani haqda ailəsinə məlumat verilmir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930