atatv.az
atatv.az

Belaruslu iş adamları Azərbaycandakı əlverişli biznes mühitdən yararlanmağa dəvət edilib

8-02-2019, 12:40

Belaruslu iş adamları Azərbaycandakı əlverişli biznes mühitdən yararlanmağa dəvət edilib

İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Bakıda Azərbaycan-Belarus işgüzar görüşü keçirilib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, tədbirdə rəsmi şəxslərlə yanaşı, hər iki tərəfdən qida, tekstil və digər sahələrdə fəaliyyət göstərən 50-dək sahibkar iştirak edib.

AZPROMO-nun rəhbəri vəzifəsinin icra edən Yusif Abdullayev Azərbaycanda qeyri-neft ixracının stimullaşdırılması, “Made in Azerbaijan” brendinin və xarici investisiyaların təşviqi, biznes mühitinin davamlı olaraq yaxşılaşdırılması istiqamətində görülən işlər, eləcə də Azərbaycan-Belarus iqtisadi əlaqələri barədə məlumat verib, belaruslu iş adamlarını ölkəmizdə yaradılmış əlverişli biznes mühitdən yararlanmağa dəvət edib.

Belarusun Qrodno şəhərinin icra komitəsinin sədri Meçislav Qoy ölkəsinin Azərbaycanla əlaqələrə böyük önəm verdiyini və ölkəmizlə iqtisadi əməkdaşlığın inkişafında maraqlı olduqlarını bildirib, əlaqələrin daha da genişlənməsi üçün potensialı vurğulayıb.

İşgüzar görüşdə Qrodno vilayətinə dair video-çarx nümayiş olunub.

Tədbir sahibkarlar arasında ikitərəfli görüşlərlə davam edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031