atatv.az
atatv.az

Mədəniyyət naziri Gəncə şəhərində olub

8-02-2019, 15:52

Mədəniyyət naziri Gəncə şəhərində olub

Azərbaycan Respublikasının mədəniyyət naziri Əbülfəs Qarayev fevralın 7-də Gəncə şəhərində olub.

Nazirlikdən Mia.az-a verilən məlumata görə, nazir Əbülfəs Qarayev və Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov şəhərin qədim tarix-memarlıq abidələri olan Şah Abbas və Uğurlu xan karvansaraylarında aparılan əsaslı təmir-bərpa və yenidənqurma ilə əlaqədar son tamamlama işləri ilə tanış olublar.

Sonra nazir və şəhərin icra başçısı F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasına gəliblər. Burada yeni yaradılmış Urban Mərkəzi barədə nazirə məlumat verilib. Əbülfəs Qarayev Gəncə Dövlət Filarmoniyasında fəaliyyət göstərən musiqi kollektivlərinin fəaliyyəti ilə də maraqlanıb, kollektivlərin çıxışını izləyib.

"Göygöl” Dövlət Mahnı və Rəqs Ansamblının, Kamera orkestrinin, Xalq çalğı alətləri orkestrinin və yeni yaradılmış Uşaq rəqs ansamblının, "Xəmsə” estrada ansamblının və xor kollektivinin fəaliyyəti barədə məlumat verilib.

Mədəniyyət naziri və şəhər İcra Hakimiyyətinin başçısı daha sonra Gəncə çayının sağ sahilində Gəncə Dövlət Dram Teatrının yeni binasının inşası ilə əlaqədar görülən işlərlə tanış olublar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930