atatv.az
atatv.az

AzTv-nin sabiq sədri müdir təyin edildi

8-02-2019, 16:39

AzTv-nin sabiq sədri müdir təyin edildi
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Filologiya fakültəsinin Elmi Şurasının iclası keçirilib.

Sonxeber.az xəbər verir ki, iclasda İnsan resursları şöbəsinin müdiri Qumral Qədimova, universitetin Həmkarlar İttifaqı Komitəsinin sədri, dosent Vaqif Əliyev, baş hüquqşünas Zakir Nağıyev iştirak ediblər.

İclasın sədri, fakültənin dekanı, professor Mahirə Hüseynova Elmi Şura üzvlərini gündəlikdə duran "Müasir Azərbaycan dili, Azərbaycan dilçiliyi, Azərbaycan dili və onun tədrisi metodikası kafedralarına müdir vəzifəsinə seçki" haqqında seçicilərə ətraflı məlumat verib.

Sonra sədr yuxarıda adı qeyd olunan kafedralara müdir vəzifəsinə namizədliyini irəli sürmüş əməkdaşlara - professor Nizami Xudiyevə, professor Buludxan Xəlilova, filologiya üzrə elmlər doktoru Kamil Bəşirova, professor İbrahim Bayramova, dosent Ədalət Abbasova, dosent Sevda Abbasovaya söz verib. Namizədlər öz platformaları haqqında danışıblar.

3 nəfərdən ibarət səs hesablayıcı komissiya təşkil olunub və səsvermə nəticəsində Azərbaycan dilçiliyi kafedrasının müdiri vəzifəsinə professor Nizami Xudiyev, Müasir Azərbaycan dili kafedrasının müdiri vəzifəsinə professor Buludxan Xəlilov, Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının müdiri vəzifəsinə isə dosent Sevda Abbasova səs çoxluğu ilə seçilib.

Professor Nizami Xudiyev 1995-2010-cu illərdə Milli Məclisin deputatı olub. O, 1994–1996-cı illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, 1996-2006-cı illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifələrində çalışıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Mart 2020    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031