atatv.az
atatv.az

Ərdoğan və Putin arasında görüş başladı - YENİLƏNİB

14-02-2019, 17:23

Ərdoğan və Putin arasında görüş başladı - YENİLƏNİB

Soçidə Suriya ilə bağlı İran, Rusiya və Türkiyə liderlərinin zirvə toplantısı ərəfəsində Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə görüş keçirib.

TRT xəbər verir ki, görüşdə tərəflər başlıca olaraq Suriyanın İdlib əyalətindəki vəziyyəti müzakirə edib.

“Ankara Suriyada təhlükəsiz zonaların yaradılması ideyasını dəstəkləyir, çünki belə zonalar bizim təhlükəsizliklə bağlı narahatlıqlarımızın aradan qaldırılmasına xidmət edir. Biz Rusiyanın bu ideyaya pozitivi yanaşmalarından razıyıq. PYD və YPG qüvvələri Mənbicdən və Fərat çayının şərqindən qovulmayınca, Suriyanın ərazi bütövlüyünü təmin etmək mümkün olmayacaq”, - deyə Ərdoğan bildirib.

Vladimir Putin öz növbəsində Türkiyə ilə əməkdaşlığın Suriyadakı münaqişə tərəfləri arasında dialoqa təkan verəcəyinə əmin olduğunu söyləyib.

“Biz aktiv, hərtərəfli iş və konsensus yolu ilə Suriyadakı məqsədlərimizə çata bilərik. Türkiyə ilə birlikdə gördüyümüz işlərin sayəsində Suriyada müəyyən irəliləyişə nail olmuşuq”, - deyə Putin vurğulayıb.

14:58

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə rusiyalı həmkarı Vladimir Putin arasında Soçi şəhərində görüş başlayıb.

Bununla bağlı “Anadolu” agentliyi məlumat yayıb.

Bundan əvvəl isə Ərdoğan iranlı həmkarı Həsən Ruhani ilə görüşüb.

14:53

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Suriya üzrə üçtərəfli sammitdə iştirak etmək üçün Soçiyə gedib.

Bu barədə “Anadolu” xəbər agentliyi məlumat yayıb.

Türkiyə prezidentini işgüzar səfərdə onun həyat yoldaşı, milli müdafiə naziri, xarici işlər naziri, maliyyə naziri, Milli Təhlükəsizlik Xidmətinin başçısı, prezident administrasiyasının əlaqələr idarəsinin başçısı, Müdafiə Sənayesi Katibliyinin rəhbəri müşayiət edir.

Soçidə Ərdoğan Rusiya və İran prezidentləri Vladimir Putin və Həsən Ruhani ilə Suriya üzrə üçtərəfli zirvə toplantısında iştirak edəcək.

Sammitdə Suriyada Astana prosesi çərçivəsində davamlı sülhə nail olmaq üçün ölkələrin birgə atacağı addımlar nəzərdən keçiriləcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031