atatv.az
atatv.az

"Afətə verilən maşının salonu da Nəsiminin dərisindəndir"

15-02-2019, 12:00

"Afətə verilən maşının salonu da Nəsiminin dərisindəndir"

Meyxanaçı Ələkbər Yasamallı müğənni Afət Fərmanqızı ilə bağlı qalmaqallı açıqlama verib.

Atatv.Az axşam.az-a istinadən bildirir ki, "Hər şey daxil" verilişinə qonaq olan ifaçı Afətin Nəsiminin "Sığmazam" qəzəlinə mahnı oxumasını ələ salıb.

"Nəsiminin dərisini soydular nəsə verən olmadı. Afət oxudu 240 minlik maşın verdilər. O maşının salonu da Nəsiminin dərisindəndir", - Ələkbər bildirib.

Proqramın aparıcısı Tarix Əliyev (Tolik) isə "Afətə maşın almayıblar. Gedib avtomobilə baxıb, pulu çatmayıb almağa. Dostu onun çatmayan məbləğini ödəyib. Heç bir qeyrətli Azərbaycan oğlu, xanımı bu mahnıya görə maşın verməz" deyərək, ifaçını müdafiə edib.

Afət isə bu haqda sosial şəbəkədə paylaşım edib. O, pulun ona mahnıya görə verildiyini qeyd edib:

"Maşının çatmayan pulunu mahnıya görə mənə veriblər, əzizim Tolik. Şabaş kimi... Düşmənlərimin acığına verdilər. Maşın hamını gic edib".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930