atatv.az
atatv.az

Məşhur "maps.me" şirkətindən Azərbaycana qarşı BÖYÜK TƏXRİBAT - FOTOFAKT

15-02-2019, 15:07

Məşhur "maps.me" şirkətindən Azərbaycana qarşı BÖYÜK TƏXRİBAT - FOTOFAKT

Məşhur "maps.me" offlayn xəritədə Azərbaycan əraziləri Dağlıq Qarabağ Respublikası kimi göstərilib.

Atatv.az Baku.ws-ə istinadən xəbər verir ki, xəritədə Dağlıq Qarabağın ayrıca Respublika kimi qeyd olunması Azərbaycanın ərazi bütövlüyünün pozulmasıdır.

Azərbaycan Respublikasının suverenliyini və beynəlxalq səviyyədə tanınmış sərhədlərini xəritədə düzgün göstərməyən "maps.me" beynəlxalq hüquq normalarını kobud şəkildə pozub.

Məsələ ilə bağlı Baku.ws Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müraciət edib.

Nazirlikdən cavab olaraq bildirilib ki, "Maps.me" oflayn mobil xəritə tətbiqində Azərbaycanın tarixi ərazilərinin "Dağlıq Qarabağ Respublikası" kimi təqdim olunmasına etiraz əlaməti olaraq, səhvin düzəldiməsi ilə əlaqədar Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən qarşı tərəfə müraciət ünvanlanıb.

Qeyd olunan məsələnin diplomatik kanallar vasitəsi ilə həll olunmasına dair Xarici İşlər Nazirliyinə də müraciət olunub.

Məşhur "maps.me" şirkətindən Azərbaycana qarşı BÖYÜK TƏXRİBAT - FOTOFAKT
Məşhur "maps.me" şirkətindən Azərbaycana qarşı BÖYÜK TƏXRİBAT - FOTOFAKT






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031