atatv.az
atatv.az

Mirşahin Ağayevin qardaşı azadlığa çıxdı

15-02-2019, 16:12

Mirşahin Ağayevin qardaşı azadlığa çıxdı

Real TV-nin rəhbəri Mirşahin Ağayevin dələduzluqda təqsirləndirilən qardaşı Mirəddin Ağayev azadlığa çıxıb.

Atatv.az-ın Unikal.org-a istinadən verdiyi məlumata görə, M.Ağayev səhhətində ciddi problem yarandığı üçün bir neçə gün bundan öncə məhkəmənin qərarı ilə şərti cəza ilə sərbəst buraxılıb.

Qeyd edək ki, Qəzənfər Davud oğlu Qəzənfərov adlı şəxsin Səbail rayon Polis İdarəsinə şikayəti əsasında o, istintaqa cəlb olunub. Sözügedən vətəndaşın 2 min manatını, daha 3 vətəndaşın isə ümumilikdə 86 min manat məbləğində vəsaitini dələduzluq yolu ilə mənimsəyib. 2017-ci ilin 25 yanvar tarixində Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun hökmü ilə Mirəddin Ağayevə 3 il müddətinə azadlıqdan məhrum edilmişdi.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930