atatv.az
atatv.az

Azərbaycanda arvadını döydüyü üçün həbs edilən dünya çempionu: "Hər şey əladır"

16-02-2019, 13:45

Azərbaycanda arvadını döydüyü üçün həbs edilən dünya çempionu: "Hər şey əladır"

Arvadını döydüyü üçün həbs edilən kikboks üzrə dünya çempionu Anar Süleymanov azadlığa buraxılması üçün apellyasiya şikayəti verib.

Atatv.az "qafqazinfo"ya istinadən xəbər verir ki, onun şikayətinə Bakı Apellyasiya Məhkəməsinin hakimi Faiq Qasımov baxıb və Nərimanov rayon məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılıb. A.Süleymanov həbsdə qalıb. Prosesdən sonra A.Süleymanov məhkəmə önündə dostları ilə görüşüb video çəkdirib.

Görüntülərdən aydın olur ki, məhkəmə qərarı ilə 20 gün müddətinə inzibati qaydada həbs olunan A.Süleymanova xüsusi nəzarət olunmur. O, dostları ilə danışıb video-müraciət etdikdən sonra sərbəst formada polis maşınına doğru gedir.

Qeyd edək ki, A.Süleymanov Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə tabe olan inzibati həbs olunanların saxlanma məntəqəsində cəzasını çəkir. Onun məhkəməyə gətirilib-aparılmasını həmin qurum həyata keçirir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930