atatv.az
atatv.az

Temperatur 8 dərəcə düşəcək - Yağış, qar yağacaq

18-02-2019, 16:32

Ekologiya və Təbii Sərvətlər Nazirliyi 19 fevralda gözlənilən hava şəraitini açıqlayıb.

Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında yağışın sulu qara keçəcəyi gözlənilir. Şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə və gündüz 2-3 dərəcə isti olacaq, gecəyə doğru 0-yə yaxınlaşacaq.

Atmosfer təzyiqi 759 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək, nisbi rütubət 80-90 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında arabir yağış, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Bəzi şimal və şərq rayonlarında intensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 0-4, gündüz 5-8 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 2-5 dərəcə isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoz

Fevralın 19-da Abşeron yarımadasında havanın təzadlı dəyişəcəyi, xəzri küləyinin güclənəcəyi və yağıntılı hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişsizdir.

Xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında fevralın 18-dən 19-na keçən gecədən başlayaraq fevralın 20-dək hava şəraitinin dəyişəcəyi, yağışın sulu qara keçəcəyi gözlənilir. Şimal küləyinin sürəti 15-20 m/s olacaq, arabir 23-25 m/s-dək güclənəcək. Havanın temperaturu fevralın 19-da ötən günlə müqayisədə 6-8 dərəcə aşağı enəcək, gün ərzində 2 dərəcəyə yaxın isti olacaq.

Azərbaycanın rayonlarında fevralın 18-i axşamdan 20-si səhərədək əsasən şimal və şərq rayonlarında havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, ayrı-ayrı rayonlarda intensiv olacağı gözlənilir. Qərb küləyi bəzi yerlərdə arabir 20-25 m/s-dək güclənəcək. Havanın temperaturu fevralın 19-da ötən günlə müqayisədə 5-7 dərəcə aşağı enəcək






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930