atatv.az
atatv.az

Paytaxt yollarında son durum AÇIQLANDI

19-02-2019, 10:34

Paytaxt yollarında son durum AÇIQLANDI
Hazırda paytaxtda müşahidə edilən hava şəraiti ilə bağlı sürücülər ehtiyatlı davranaraq özləris ürət həddini endirir. Bu da müəyyən ərazilərdə sıxlığa səbəb ola bilir.

Bu sözləri Publika.az-a açıqlamasında Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib.

Onun sözlərinə görə, hava şəraiti ilə əlaqədar hələ ki, yol nəqliyyat hadisəsi baş verməyib: "Ümumilikdə yollarda müşahidə edilən sıxlıq adi günlərdən çox da fərqlənmir".

M.Ağayev bildirib ki, dünəndən hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edildiyindən yağıntılı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava limanı-Bilgəh və Zığ yolu-Hava limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

"Hazırda da nəqliyyat vasitələri bu yollarda daha aşağı sürətlə hərəkət edir".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930