atatv.az
atatv.az

Milli Məclis İnzibati Xətalar Məcəlləsinə dəyişikliyi qəbul etdi

19-02-2019, 15:29

Milli Məclis İnzibati Xətalar Məcəlləsinə dəyişikliyi qəbul etdi

Azərbaycanda daşınar əmlakın yüklülüyü haqqında qanunvericiliyin pozulmasına görə cəzalar müəyyənləşib.

Unikal.org-un xəbərinə görə, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə olunub.

Məcəlləyə əlavə edilən 440-1-ci (Daşınar əmlakın yüklülüyü haqqında qanunvericiliyn pozulması) maddəsinə əsasən, daşınar əmlakın yüklülüyünün dövlət reyestrinə nəzərdə tutulan məlumatların təqdim edilməməsinə, habelə reyestrə bilərəkdən yanlış və natamam məlumatların təqdim edilməsinə görə fiziki şəxslər 150 manat, vəzifəli şəxslər 700 manat, hüquqi şəxslər isə 2 500manat məbləğində cərimə edilir.

Daşınar əmlakın yüklülüyünün dövlət reyestrini aparan qurumun vəzifəli şəxsləri tərəfindən məlumatların saxlanılması və reyestrin aparılması qaydalarının pozulmasına görə vəzifəli şəxslər 1000 manat məbləğində cərimə olunurlar.

Müəyyən edilən qaydada dövlət və bələdiyyə yüklülüyünün açıqlanmamasına görə vəzifəli şəxslərə 1 500 manat məbləğində cərimə tətbiq edilir.

Layihə müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930