atatv.az
atatv.az

“Türkiyədəki sabitlik bizi çox sevindirir" - Əli Əhmədov

19-02-2019, 16:11

“Türkiyədəki sabitlik bizi çox sevindirir" - Əli Əhmədov

“Türkiyə bölgənin ən güclü, əzəmətli dövlətinə çevrilib. Türkiyə bölgənin nəinki liderinə çevrilib, hətta dünyanın çox güclü, möhtəşəm dövlətinə çevrilib”.

Unikal.org xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini-İcra katibi, Baş nazirin müavini Əli Əhmədov Bakıda səfərdə olan Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüşündə deyib.

Ə.Əhmədovun sözlərinə görə, Azərbaycan xalqı Türkiyənin uğurlarına hər zaman sevinir: “Türkiyənin uğurları bizi dost və qardaş olaraq daim sevindirir. Biz azərbaycanlı olaraq bununla qürur duyuruq. Eyni zamanda, Azərbaycan da gündən-günə güclənir. Bu birlik və qardaşlıq bizim gücümüzə möhtəşəmlik qatır. İki dövlətin dostluğunun qarşısını heç bir zaman ala bilməyəcəklər. Çünki iki dövlət bir-birinə o qədər bağlıdır ki, onların dostluğunun qarşısını kəsmək qeyri mümkündür”.

“Türkiyədəki sabitlik bizi çox sevindirir. Bu da Türkiyənin qüdrətinin bariz nümunəsidir. Hesab edirəm ki, Türkiyə və Azərbaycan birlikdə daha da güclənəcək”, -deyə, Ə.Əhmədov əlavə edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930