atatv.az
atatv.az

Mehriban Əliyeva Qarabağ əlili üçün ev tikilməsi barədə tapşırıq verdi

22-02-2019, 11:57

Mehriban Əliyeva Qarabağ əlili üçün ev tikilməsi barədə tapşırıq verdi
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Ucar rayonu, Qaracallı kənd sakini, ağır mənzil-məişət şəraitində yaşayan ikinci qrup Qarabağ müharibəsi əlili Şöhrət Qasımov üçün fərdi ev tikilməsi barədə tapşırıq verib.

Atatv.az xəbər verir ki, bu barədə Trend-ə Heydər Əliyev Fondundan məlumat verilib.

Qeyd edək ki, Şöhrət Qasımovun Fondun "Regional İnkişaf" İctimai Birliyinə daxil olmuş müraciəti əsasında əraziyə baxış keçirilib və tikinti ilə bağlı layihələndirmə işləri aparılıb.

Ev Heydər Əliyev Fondunun vəsaiti hesabına Şöhrət Qasımova məxsus həyətyanı sahədə inşa olunacaq.

Yeni evin tikintisinin yaxın müddətdə yekunlaşması nəzərdə tutulur






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930