atatv.az
atatv.az

"Məzarın üstündə araq süzüb, içdim" — Qəbiristanlıqda bibisini öldürən şəxs

25-02-2019, 22:58

"Məzarın üstündə araq süzüb, içdim" — Qəbiristanlıqda bibisini öldürən şəxs
Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə təqsirləndirilən Mişi Migirovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
"Atatv.Az" trend-ə istinadən bildirir ki, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin istintaqa verdiyi ifadəsi elan olunub. İfadədə göstərilib ki, hadisədən əvvəl həmyerlisi Ramin adlı şəxsdən onu Qubanın Slaboda qəsəbəsinin qəbiristanlığına aparmasını istəyib:

“Raminin maşını ilə gedəndə ondan yolüstü mağazada saxlamasını xahiş etdim. Mağazadan araq aldım. Ramin məni qəbiristanlığa düşürüb qayıtdı. Yeni rəhmətə getmiş qardaşımın məzarının üzərində araq süzüb, içdim. Sonra Raminə zəng elədim, gəlib məni apardı”.

Təqsirləndirilən şəxs deyib ki, o növbəti dəfə də qardaşının qəbrinin üstündə araq içib bibisigilə gəlib: "Çünki bibim də rəhmətə getmiş yaxınlarını yad etmək istəyirdi. Bibimi evdən götürüb, qəbiristanlığa apardım. Qardaşımın məzarının yanında olan zaman halım pisləşdi, özümdə olmadım, yerə yıxıldım. Bir də ayıldım ki, başımın üzərində polislər dayanıb. Bibim Şuşan da yerdə qan içərisində uzanıb. Onun üzərində olan paltarları cırıq-cırıq idi. Sonra polislər məni həbs etdi”.

Daha sonra təqsirləndirilən şəxsin vəkili vəsatət qaldırıb. O, cinayət işində rəy vermiş Məhkəmə -Tibbi Ekspertizanın ekpertinin məhkəməyə dəvət edilməsini istəyib.


Vəsatət təmin olunub.

Məhkəmə prosesi martın 1-də davam etdiriləcək.

Qeyd edək ki, hadisə bu il Qubanın Slaboda qəsəbəsində baş verib. Qəsəbə sakini M.Migirov bibisi Şuşan Sumxayevanı qəbiristanlığa apararaq döyüb.

Nəticədə xəstəxanaya yerləşdirilən Ş.Sumxayeva ölüb. Quba rayon Polis şöbəsinin əməkdaşları M.Migirovu saxlayıb. Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031