atatv.az
atatv.az

Baş nazirdən mühüm qərar - Qaydalar dəyişdi

26-02-2019, 10:51

Baş nazirdən mühüm qərar - Qaydalar dəyişdi

"Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması Qaydaları"na dəyişikliklər edilib.

Anews.az-ın məlumatına görə, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.

Qərara görə, Nazirlər Kabinetinin 2015-ci il 12 yanvar tarixli qərarı ilə təsdiq edilmiş "Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması Qaydaları"nın (Reyestrə daxil edilən məlumatların tərkibi) 3.1.1.5-ci yarımbəndindən sonra aşağıdakı məzmunda yeni yarımbənd əlavə edilib:

"3.1.1.6. "Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında" Azərbaycan Respublikası Qanununun əlavəsində nəzərdə tutulmuş fəaliyyət növlərinə dair ətraf mühitə təsirin qiymətləndirilməsi sənədi və dövlət ekoloji ekspertizasının rəyi."






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031