atatv.az
atatv.az

“Torpağımıza qayıtmaq arzusuyla böyüyürük...” - Xocalı məktəbinin şagirdləri...

26-02-2019, 17:23

“Torpağımıza qayıtmaq arzusuyla böyüyürük...” - Xocalı məktəbinin şagirdləri...

Bu gün Xocalını və xocalıları itirməyimizdən 27 il ötdü. 1992-ci il fevralı 25-dən 26-na keçən gecə ermənilər qəsbkarlarının və Rusiyanın 366-cı motoatıcı alayının Xocalıda törətdiyi soyqırım tarixin ən qanlı günlərindən biri kimi yaddaşlarda qalıb.

Pirşağı qəsəbəsində yerləşən Xocalı rayon 2 saylı tam orta məktəbində də Xocalı faciəsi ilə bağlı hər tərəfə qərənfillər düzülüb, qara bağlanıb. Məktəbdəki müəllimlərin çoxu şəhərdə yürüşdə olduğu üçün bizi bir müəllim və şagirdlər qarşıladı.

Məktəbdə Milli Qəhrəman Tofiq Hüseynovun nəvəsi Kənan da oxuyur. Bundan başqa məktəbdə təhsil alan və bizimlə həmsöhbət olan şagirdlər Xocalı faciəsi haqda suallarımıza cavab verib, soyqırımın tarixi barədə məlumat verdilər. Onlar bildirdilər ki, müəllimləri onların ata-baba yurdu olan Xocalı rayonu və faciəsi haqda geniş məlumat verir.

Milli Qəhrəman Tofiq Hüseynovun yeddinci sinifdə oxuyan nəvəsi Kənan deyir ki, onlara həm evlərində valideynləri, həm də müəllimləri tərəfindən ətraflı məlumat verilir:

“Biz torpaqlarımızın ermənilər tərəfindən işğal olunmasından xəbərdarıq. Bununla bağlı həm valideynlərimiz, həm də müəllimlərimiz bizə məlumat verir. Əslində biz hər il Xocalıya qayıtmaq arzusuyla böyüyürük, amma illər ötür biz yaşa doluruq, Xocalı da işğalda qalır”.

Xocalı rayonundan nənəsigilin gəldiyini və Pirşağıda doğulduğunu deyən dördüncü sinif şagirdi Elvin Məmmədov da Xocalıdan danışır:

“Nənəm bizə Xocalı haqqında danışır. Atam ordan gələndə uşaq olub. Bilirik 1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənilər Xocalıda insanlarımızı qətlə yetiriblər. 27 il tamam olur, nənəm də yaşlı adamdı, sonra o, da olmayanda, bilmirik necə olacaq? Kim bizə Xocalıdan danışacaq”.


XOCALIDA

Neçə-neçə mərd oğullar,
Şəhid oldu Xocalıda.
Əlif kimi qəhrəmanlar,
Şəhid oldu Xocalıda.

Tofiq, Faiq sinə gərdi,
Kim unudar belə dərdi.
Körpə beşikdə inlədi,
Şəhid oldu Xocalıda.

Dizə yağdı bəyaz qarlar,
Ürəyimi yaman dağlar.
Gözü yaşlı çox analar,
Şəhid oldu Xocalıda.

İndi yurdun qəm içində.
Ağla, şair, belə gündə.
Millət necə dərd, zülümdə,
Şəhid oldu Xocalıda.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930