atatv.az
atatv.az

“Bu məmurlar prezidentin yeni komandasında olmayacaq” – Millət vəkili açıqladı

21-04-2018, 10:57

“Bu məmurlar prezidentin yeni komandasında olmayacaq” – Millət vəkili açıqladı
“Ölkədə həyata keçirilməsi gözlənilən dəyişikliklərə qarşı hər hansı müqavimət istisna edilir”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında ölkədə prezident seçkilərindən sonra gözlənilən dəyişiklikləri dəyərləndirən Ana Vətən Partiyasının (AVP) sədri, millət vəkili Fəzail Ağamalı deyib.

Fəzail Ağamalının fikirncə, ölkənin daxil olduğu yeni mərhələyə cavab verməyən məmurlar hakimiyyət komandasından kənarda qalacaq:

“Azərbaycan sözün tam mənasında öz inkişafının yeni mərhələsinə qədəm qoyub. Artıq prezidentin də dediyi kimi, ölkənin bütün sahələr üzrə indiki inkişaf mərhələsində müvafiq proqramlar mövcuddur.

Dövlət başçısı həmin proqramlara istinad edərək, növbəti yeddi ildə ölkəni daha yüksək inkişaf səviyyəsinə qaldıracaq. Əminəm ki, bu çərçivədə həyata keçirilən işlər sayəsində Azərbaycanın ərazi bütövlüyü də bərpa olunacaq.

Prezidentin iradəsi qarşısında gözlənilən dəyişikliklərə qarşı hər hansı müqavimət istisna edilir. Komandanı formalaşdıran cənab prezidentdir, Konstitusiya ilə bu hüquq ona məxsusdur, yeni hökumətin tərkibinin formalaşdırılması səlahiyyəti də dövlət başçısındadır.

Onun formalaşdırdığı komanda kifayət qədər peşəkardır. Prezidentin həyata keçirdiyi fəaliyyətin uğurunda komandanın rolu və əməyi var. Ancaq istisna etmirəm ki, yeni komandanın formalaşdırılmasında müəyyən dəyişiklik olacaq.

Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin öz geniş məqaləsində də qeyd etdiyi kimi, əqidəsində müəyyən problemlər olan, tutulan yola sədaqət nümayiş etdirə bilməyən, fəaliyyətində yeniliyi ortaya qoymağı bacarmayan, tükənən məmurlar yeni komandada yer ala bilməyəcək”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031