atatv.az
atatv.az

Rusiya XİN-dən KTMT baş katibi barədə açıqlama

28-02-2019, 12:00

Rusiya XİN-dən KTMT baş katibi barədə açıqlama

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibinin təyinatı ilə bağlı məsələ sadə deyil, bununla bağlı işlər davam etdirilir.

Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin jurnalistlərin “Ermənistanın barışmaz mövqeyi ilə əlaqədar KTMT-nin baş katibi 2020-ci ilədək təyin olunacaqmı və mövcud vəziyyət Moskvanı qane edirmi?” sualına cavabında belə deyib.
“Bu, hipotetik sualdır, asan deyil. Ən başlıcası odur ki, KTMT effektiv fəaliyyətini davam etdirsin. İndi orada təşkilatın baş katibi səlahiyyətlərinin icraçısı var. Güman edirik ki, bu struktur dinamik inkişafını davam etdirəcək və coğrafi məsuliyyət sferasında təhlükəsizliyi təmin edəcək. KTMT baş katibi ilə bağlı məsələnin necə həll olunacağına gəlincə, bu, gündəmdə olan sualdır, amma onun üzərində iş gedir”, – deyə Karasin vurğulayıb. (azvision.az)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930