atatv.az
atatv.az

Avropa Liqasının final oyunu günü Bakıda nəqliyyat pulsuz olacaq

4-03-2019, 11:52

Avropa Liqasının final oyunu günü Bakıda nəqliyyat pulsuz olacaq

UEFA Avropa Liqasının final oyunu zamanı bileti olanlar və akkreditasiyadan keçmiş mətbuat nümayəndələri ictimai nəqliyyatdan ödənişsiz istifadə edəcəklər.

Oxu.Az xəbər verir ki, bunu AFFA-nın baş katibi Elxan Məmmədov qurumun hesabat konfransında deyib.

O bildirib ki, final oyunu ilə əlaqədar 20 min azarkeşin hava yolu ilə ölkəmizə gələcəyi gözlənilir.

Xatırladaq ki, UEFA Avropa Liqasının 2018-2019-cu il mövsümünün final oyunu mayın 29-da Bakı vaxtı ilə saat 23:00-da Bakı Olimpiya Stadionunda keçiriləcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930