atatv.az
atatv.az

Nazirlik: A tipli qripə yoluxma halları müşahidə edilir

6-03-2019, 15:03

Nazirlik: A tipli qripə yoluxma halları müşahidə edilir

"Bu ilin 4-5-ci həftələrində Azərbaycanda 16 nəfərdə A (H1N1) virusu aşkarlanıb".

ONA-nın xəbərinə görə, bunu Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva deyib.

O qış aylarında A tipli mövsümi qrip virusuna yoluxma hallarının müşahidə edildiyini diqqətə çatdırıb, kəskin respirator virus infeksiyalarına yoluxmanın epidemioloji həddi keçmədiyini, vəziyyətin sabit olduğunu vurğulayıb.

A. Əliyeva Azərbaycanda "koksaki" virusunun yayılması barədə səslənən fikirlərə də münasibət bildirib. Direktor müavini bu virusun yayılması barədə məlumatların düzgün olmadığını, indiyədək aparılan laborator müayinələr zamanı "koksaki" virusuna yoluxma halının aşkar edilmədiyini qeyd edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930