atatv.az
atatv.az

Vladimir Putin Mehriban Əliyevanı təbrik etdi

7-03-2019, 13:10

Vladimir Putin Mehriban Əliyevanı təbrik etdi

Rusiya Prezidenti Vladimir Putin Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya təbrik məktubu ünvanlayıb.

Atatv.az "azərtac"a istinadla xəbər verir ki, 8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə ünvanlanmış məktubda deyilir:

"Hörmətli Mehriban Arif qızı,

Sizi Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edirəm.

Səmimi qəlbdən arzu edirəm ki, bu gözəl bayram Sizi qarşıdan gələn yazın istisi, yaxınlarınız və dostlarınızın diqqəti və qayğısı ilə isindirsin.

Qoy həyat yolunda daim uğur yanınızda olsun, evinizdə isə harmoniya və sevgi mühiti hökm sürsün. Sizə can sağlığı və ən yaxşı arzularımı çatdırıram".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930