atatv.az
atatv.az

Azərbaycanda qadınların 45 faizi evdardır

7-03-2019, 13:18

Azərbaycanda qadınların 45 faizi evdardır

Tanınmış iqtisadçı Rövşən Ağayev Azərbaycan xanımlarını 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə özünəməxsus tərzdə təbrik edib.

Bu haqda Modern.az-a danışan ekspert “Sabah xanımların günüdür. Amma təkcə təbrikləri, ürək sözlərini çatdırmaq günü deyil - problemlərdən də danışmaq günüdür” deyib.



R.Ağayev qeyd edib ki, qadınların cəmiyyət həyatında fəal olması üçün onların iqtisadi fəallığı, yüksək təhsil səviyyəsi, biznes təşəbbüskarlığı çox önəmlidir:



“Təəssüf ki, bizim hətta gerçəkliklərdən yoxsul rəsmi statistikamız belə xanımların iqtisadi həyatda üzləşdiyi ciddi problemləri gizlədə bilmir.
Gender statistikasında diqqətimi çəkən bəzi rəqəmlər:

Əmək qabiliyyətli yaşda hər 100 kişidən 78 nəfəri, hər qadından isə 63 nəfəri iqtisadi cəhətdən fəaldır.
Əmək qabiliyyətli yaşında olub, müxtəlif səbəblərdən (ev işləri, erkən pensiya, təhsil, əlillik və s.) işləməyən hər 100 nəfərdən 66 nəfəri qadınlar, 34 nəfəri kişlərdir.
İqtisadi cəhətdən qeyri-fəal olan, heç bir rəsmi fəaliyyətə cəlb edilməyən xanımların təxminən 45%-i (630 min nəfər) evdar statusu olanlardır.
İqtisadiyat üzrə qadınların rəsmi məvacibləri kişilərin maaşlarının təxminən yarısına bərabərdir”.

İqtisadçı bildirib ki, bütün məşğul qadınların14%-i, kişilərin 20%-i ali təhsillidir:



“Hər 1000 nəfər hesabı ilə kənd yerlərində universitet təhsili olan qadınların sayı şəhərlərə nisbətən 2 dəfə aşağıdır. Qadın işsizlərin sayı kişilərə nisbətən 40% çoxdur. Şəhər yerlərində işsiz qadınların hər nəfərindən 64 nəfəri 29 yaşdan aşağı olan gənc xanımlardır.



Kənd yerlərində məşğul hesab edilən hər 100 qadından ən azı 75 nəfəri ağır əl əməyinə əsaslanan aqrar sektorda, cəmi 25 nəfəri qeyri-kənd təsərrüfatı işlərində çalışır.

Ümumilikdə isə iqtisadiyyat üzrə çalışan hər 100 qadından təxminən 602 nəfəri ixtisassız və ya az ixtisas tələb edən sahələrdə - aqrar və ticarət sahəsində çalışır.

Bütün iqtisadi fəal qadınların cəmi 25%-i rəsmi əmək müqaviləsi əsasında çalışır. Yəni ən yaxşı halda hər 100 qadından 25 nəfərinin ona pensiya hüququ, xəstəlik və anlıqla bağlı, istirahət üçün məzuniyyət hüququ qazandıracaq sosial sığorta sistemi ilə əhatələnib.
Rəsmi sahibkarlıq subyektlərinin ən yaxşı halda 20%-i qadınlardır”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930