atatv.az
atatv.az

Oqtay Şirəliyevdən Avropa Liqasının final oyunu barədə - ƏMR

11-03-2019, 13:13

Oqtay Şirəliyevdən Avropa Liqasının final oyunu barədə - ƏMR
Səhiyyə naziri Oqtay Şirəliyev futbol üzrə UEFA Avropa Liqasının final oyununun tibbi təminatı barədə əmr imzalayıb.

Bununla bağlı Səhiyyə Nazirliyindən məlumat verilib.

Əmrdə müvafiq şöbə və qurum rəhbərlərinə oyunun keçiriləcəyi Bakı Olimpiya Stadionunda oyun zamanı təcili tibbi yardım maşınlarının növbətçiliyinin təmin edilməsi, bu müddət ərzində ehtiyac olduğu halda idmançıların və qonaqların hospitalizasiyasının müvafiq olaraq Bakı şəhər Kliniki Tibbi Mərkəzə yerləşdirilməsini təmin etmək, habelə tibb müəssisə və idarələrinin rəhbərlərinə oyun iştirakçılarının və qonaqların müraciəti zamanı onlara yüksək səviyyəli tibbi yardımın göstərilməsinə dair tapşırıqlar verilib.

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin rəhbərliyinə nümayəndə heyətləri üçün ayrılan mehmanxana və iaşə müəssislərində sanitariya-gigiyena qaydalarına əməl olunması məsələlərinin ciddi nəzarətə götürülməsi tapşırılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930