atatv.az
atatv.az

“Əgər sığorta sahəsindəki bu cür işlərə ciddi nəzarət olunmasa, vətəndaş fayda görməyəcək...”

11-03-2019, 16:02

“Əgər sığorta sahəsindəki bu cür işlərə ciddi nəzarət olunmasa, vətəndaş fayda görməyəcək...”

“Ailə həkimi institutu çox mühüm bir strukturdur, lakin icbari sığortayla bağlı bizdə boş sahələr var”

Bunu Moderator.az-a açıqlamasında professor Adil Qeybulla vətəndaşların ailə həkimi məsələlərindən danışarkən deyib. Professor bildirib ki, icbari sığorta sahəsində də hələ ki, boşluqlar var:

“Ailə həkimi institutu bizim sovet dövründə olan sahə həkiminin bir növ alternatividir. Amma ailə həkimi institutu daha effektlidir. Belə ki, ailə həkimi konkret müşahidə elədiyi ailəni müayinə edəcək. Bu da müəyyən edilən ərazini əhatə edəcək. Ailə həkimi funksiyası bir növ həkim kordinatoru funksiyasını yerinə yetirəcək. Xəstələri lazımi mütəxəssisə göndərmək, onların konkret müalicə təklifi, xəstəxana seçimi və s. məsələlərdə onlara yardımçı olacaq. Bəzi hallarda xəstələrə müalicə təyin etmək ixtiyarı olacaq. Ailə həkimi institutu çox mühüm bir strukturdur, lakin icbari sığortayla bağlı bizdə boşluqlar var. Əvvəla icbari sığortanın kontinigenti dəqiq müəyyənləşdirilməlidir və ondan başqa maliyyə mənbələri optimallaşdırılmalı və mexanizmləri tam şəffaf şəkildə ortaya qoyulmalıdır. Əgər sığorta sahəsindəki bu cür işlərə ciddi nəzarət olunmasa, bundan vətəndaş fayda görməyəcək”.

Qeyd edək ki, dövlət 29 manat ödəyərək bütün əhalini ilkin tibbi yardım xidməti alamaları üçün sığortalayacaq və gələcəkdə hər bir vətəndaşın ailə həkimi olacaq. İcbari sığorta gələn ildən bütün ölkə üzrə tətbiq ediləcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930