atatv.az
atatv.az

İlham Əliyev BDU-ya rektor təyin etdi - SƏRƏNCAM

11-03-2019, 16:31

İlham Əliyev BDU-ya rektor təyin etdi - SƏRƏNCAM
Elçin Səfəralı oğlu Babayev Bakı Dövlət Universitetinin rektoru təyin edlib.

Bu barədə müvafiq sərəncamı prezident İlham Əliyev imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə, Elçin Babayev Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru vəzifəsindən azad edilib.

O, fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru, dosentdir. Təyinatadək AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) elmi işlər direktor müavini, “ŞAR Kosmik plazma və Heliogeofiziki problemlər” şöbəsi şöbəsinin rəhbəri vəzifələrində çalışıb.

Helioseysmologiya və Günəş atmosferində rəqslər və dalğaların tədqiqi üzrə silsilə nəzəri işlər yerinə yetirib. Ağırlıq qüvvəsi və maqnit sahəsi nəzərə alınmaqla güclü dərəcədə qeyri-bircins olan plazmada qeyri-adiabatik maqnit-akustik-qravitasiya (MAQ) dalğalarının yayılması və transformasiyası nəzəriyyəsini işləyib-hazırlayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031