atatv.az
atatv.az

"Bomba həyəcanıyla Bakıya enən təyyarə..." — AZAL-dan açıqlama

11-03-2019, 22:46

"Bomba həyəcanıyla Bakıya enən təyyarə..." — AZAL-dan açıqlama

Bakıda, Heydər Əliyev Beynəlxalq Aeroportunda təcili enən "Uralskiye Avialinii" aviaşirkətinə məxsus təyyarə Moskvaya martın 12-si səhər saatlarında yola düşəcək.
"Ölkə.Az" bildirir ki, hava limanının mətbuat xidmətindən trend-ə verilən məlumata görə, Bəhreyn-Moskva reysinin sərnişinləri oteldə yerləşdiriləcək.

​Hava gəmisində partlayıcı qurğunun yerləşdirilməsi şübhəsi mövcud olduğuna görə Bakıda qəza enişi edən "Uralskiye Avialinii" aviaşirkətinin A321 təyyarəsinə hələlik mütəxəssislər tərəfindən baxış keçirilir.
Xatırladaq ki, Bəhreyndən Moskvaya uçan "Uralskiye Avialinii" aviaşirkətinə məxsus təyyarə bazar ertəsi Bakı vaxtı ilə saat 14.56 dəqiqədə Heydər Əliyev Beynəlxalq Aeroportunda müvəffəqiyyətlə enib. Həyəcan siqnalı ilə hava limanının bütün qəza-xilasetmə xidmətləri hazır vəziyyətə gətirilib.

​Təyyarədə, ekipaj üzvləri daxil olmaqla, 225 nəfər olub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930