atatv.az
atatv.az

Özəl təhsildə tibbi müayinə ilə bağlı təkliflərə “YOX” deyildi

13-03-2019, 15:13

Özəl təhsildə tibbi müayinə ilə bağlı təkliflərə “YOX” deyildi
“Yeni hazırlanan “Ümumi təhsil haqqında” qanun layihəsi müzakirə edilən zaman təklif edilən özəl təhsil müəssisələrində də təhsil alanların tibbi müayinəsinin ödənişsiz həyata keçirilməsi məqsədəuyğun hesab edilməyib”.



Modern.az xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında komitə sədri İsa Həbibbəyli deyib.



O qeyd edib ki, özəl təhsil müəssisələrində təhsil alanlar müəyyən qədər ödəniş edirlər:



“Tibbi müayinənin pullu olması gərginlik yaratmaz. Çünki bu, simvolik bir vəsaitdir. Bu baxımdan bu təklif qanun layihəsinə daxil edilmədi”.



Deputat xatırladıb ki, repetitorların qarşısını almaq üçün müəllimlərin maaşının artırılması məsələsi qaldırılmışdı:



“Əməkhaqqı Prezidentin sərəncamı ilə artırılır. Ardıcıl olaraq təhsil işçilərinin əməkhaqqı artırılır. Bu istiqamətdə sosial yönümlü siyasət həyata keçirilir. Qanunda olan təmayüllü qrupların yaradılması repetitorlarla mübarizədə bir variantdır”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930