atatv.az
atatv.az

MTRŞ sədrinin YENİ MÜAVİNİ kim olacaq?

14-03-2019, 11:35

MTRŞ sədrinin YENİ MÜAVİNİ kim olacaq?
Hazırda Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədr müavini vəzifəsi boşdur.
Şuradan Lent.az-a bildirilib ki, əvvəlki sədr müavini Qafar Cəbiyevin Şura üzvlüyünə səlahiyyət müddəti bitdiyi üçün müavinlik vəzifəsini də yerinə yetirməyəcək.
Qurumdan o da əlavə olunub ki, bu məsələ Şuranın daxilində üzvlərin səsverməsi ilə həll olunur: “Yaxın günlərdə bu məsələ ilə bağlı ortaq məxrəcə gəlinəcək. Müzakirələr aparılacaq ya səsvermə ilə yeni müavin seçiləcək, ya da müavin məsələsi, ümumiyyətlə, gündəlikdən çıxarılacaq”.
Qeyd edək ki, MTRŞ sədrinin müavini vəzifəzinin icra edən Qafar Cəbiyevin Şura üzvlüyünə səlahyyət müddəti bu il martın 1-dən başa çatıb.
Hazırda Şuranın MTRŞ sədri Nuşirəvan Məhərrəmlidən başqa beş üzvü var. Onlar yeni təyin olunan Telli Pənahqızı, Bəxtiyar Balakişiyev və əvvəlldən fəaliyyət göstərənlər Cəfər Məmmədov, Mübariz Elyazov və Aslan Xəlilovdur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031