atatv.az
atatv.az

"Ronaldu möhtəşəm idi" - Messi

14-03-2019, 14:30

"Ronaldu möhtəşəm idi" - Messi
"Barselona"nın futbolçusu Lionel Messi Çempionlar Liqasının 1/8 finalında evdə "Lion"u məğlub etdikləri oyundan (5:1) sonra "Yuventus"un hücumçusu Kriştianu Ronaldu haqda danışıb.

Qol.az xəbər verir ki, argentinalı futbolçu İspaniya mətbuatına ÇL-dəki rəqiblərindən danışarkən "Yuventus" və Ronaldunu xüsusi qeyd edib:

"Ronaldo və "Yuventus" möhtəşəm idi. Cavab oyununda "Atletiko"nun daha güclü olacağını düşünmüşdüm, amma Turin klubu mərhələni keçməyi bacardı. Ronaldu möcüzəvi gecə keçirdi və 3 qol vurdu".

Qeyd edək ki, İtaliya klubu səfərdə 0:2 hesabı ilə məğlub olduğu "Atletiko"ya öz evində Ronaldunun het-triki ilə (3:0) qalib gələrək növbəti tura keçib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930