atatv.az
atatv.az

Binalarla bağlı fərman fərdi yaşayış evlərinə şamil ediləcəkmi – Rəsmi açıqlama

15-03-2019, 17:05

Binalarla bağlı fərman fərdi yaşayış evlərinə şamil ediləcəkmi – Rəsmi açıqlama

Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” fərmanın icrasına uyğun olaraq, Bakıda 6 çoxmənzilli yaşayış binasının istismarına icazə verilib.
Bizimyol.info xəbər verir ki bu barədə Prezident Administrasiyasının iqtisadi məsələlər üzrə köməkçi xidmətinin baş məsləhətçisi Feyruz Mustafayev jurnalistlərə açıqlamasında deyib.

F.Mustafayev bildirib ki, bu gün istismara verilən Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən “İdeal İnşaat” MTK-ya məxsus çoxmənzilli yaşayış binasında 561 mənzil var: “Həmin mənzillərin 50 faizdən çoxu istifadədədir. Prezidentin fərmanının əsas predimeti odur ki, vətəndaşlar tərəfindən uzunmüddətli istismar olunan binalarda sənədləşmə prosesi tamamlanmalıdır. Çünki, bu olmasa insanlar öz zəhmətləri hesabına aldıqları mülkiyyətin hüquqi sahibi sayılmırlar. Prezident bu humanist addımla vətəndaşlara hədiyyə etdi”.


O, deyib ki, Prezident İlham Əliyevin bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında imzaladığı fərman fərdi yaşayış evlərinə şamil edilmir: “Amma həyət evlərinin sənədləşməsi ilə bağlı vəziyyətin öyrənilməsi üçün tapşırıqlar verilib.”



Onun sözlərinə görə, bəzi yaşayış evləri mühafizə zonalarında, ayrı-ayrı şirkətlərin balansındakı ərazilərdə, kənd təsərrüfatı təyinatlı torpaqlarda tikilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930