atatv.az
atatv.az

Fədayə Laçın Novruz bayramı ərəfəsində azadlığa çıxacaq? - Bacısı danışdı

15-03-2019, 18:01

Fədayə Laçın Novruz bayramı ərəfəsində azadlığa çıxacaq? - Bacısı danışdı

2 ilə yaxındır ki, həbsdə olan müğənni Fədayə Laçının Novruz bayramı ərəfəsində əfv olunacağına dair xəbər yayılıb.

Qeyd edək ki, ötən ilin dekabrında Bakı Ağır Cinayətlər Məhkəməsində xüsusi təyinatlı vaqondan məhbusların qaçmasında təqsirləndirilən müğənni Fədayə Laçın və digərlərinin məhkəmə prosesi başa çatıb. Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, Fədayə Laçın 5 il müddətinə azadlıqdan məhrum edilib.

Müğənninin yaxınları Fədayə Laçının əfvə düşməsi ilə bağlı müraciət edib?

Məsələ ilə bağlı Cebhe.info-ya danışan Fədayə Laçının bacısı İlahə Fədai deyib ki, onun əfv edilməsi mümkün deyil: "Fədayə Laçının məhkəmə prosesi hələ tam yekunlaşmayıb. Ona görə də onun əfvə düşməsi mümkün deyil".

Xatırladaq ki, hadisə ötən il oktyabrın 23-də Bakı- Astara - Bakı planlı dəmiryolu hərəkət edən qarovulu ilə xüsusi təyinatlı vaqonda baş verib. Bakı şəhərinə müşayiət olunan 1980-ci il təvəllüdlü, əvvəllər məhkum edilmiş, Cinayət Məcəlləsinin (CM) müxtəlif maddələri ilə təqsirləndirilən Etibar Ələkbər oğlu Məmmədov və 1989-cu il təvəllüdlü, əvvəllər məhkum olunmamış, CM-nin müxtəlif maddələri ilə təqsirləndirilən Əli Rasim oğlu Ağami müşayiət altından qaçıblar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930