atatv.az
atatv.az

Əfv sərəncamının icrasına başlanıldı - YENİLƏNİB

17-03-2019, 12:30

Əfv sərəncamının icrasına başlanıldı - YENİLƏNİB

Sərəncama əsasən, 12 saylı cəzaçəkmə müəssisəsindən 4 nəfər məhkum əfv edilib.

Onlara buraxılış vəsiqələri verilib. Əfv edilənlərdən ikisi qardaşdır.


11:27


Əfv sərəncamının icrası 17 saylı cəzaçəkmə müəssisəsində davam edib.

Cəzaçəkmə müəssisəsindən 10 nəfər məhbus əfv olunub. Onlardan ikisi əcnəbi - Nigeriya vətəndaşıdır.

10:10

2 saylı cəzaçəkmə müəssisəsində əfv olunmuş 31 nəfər azadlığa buraxılıb.

Onlar arasında JAM.az saytının rəhbəri Fikrət Fərəməzoğlu da var.



09:14

Martın 16-da Prezident İlham Əliyevin imzaladığı məhkum edilmiş bir sıra şəxslərin əfv edilməsi haqqında sərəncamın icrasına başlanılıb.

Əfv sərəncamı ümumilikdə 431 nəfərə şamil olunub. Onlardan azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 399 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilib.

Ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş bir nəfərin cəzası 25 il, 2 nəfərin cəzası isə 20 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilib. Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasının çəkilməsi təxirə salınmış bir nəfər cəzadan azad edilib.

Azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş 11 nəfər də cəzadan azad olunub.

Bunda başqa, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş bir nəfər, islah işləri cəzasına məhkum edilmiş 3 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilib.

1 nəfər ictimai işlər cəzası, 12 nəfər isə cərimə cəzasından azad edilib.

Əfv sərəncamı 14 xarici vətəndaşa, o cümlədən 3 Gürcüstan, 2 Rusiya, 2 Nigeriya, hərəsinə 1-i olmaqla Türkiyə, İran, Özbəkistan, Çin, Kamerun, Hindistan, Belarus vətəndaşlarına da şamil olunub.










Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    May 2019    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031