atatv.az
atatv.az

Azərbaycanda bu şəxslərin maaşları artırılacaq

18-03-2019, 14:49

Azərbaycanda bu şəxslərin maaşları artırılacaq

Azərbaycanda Konstitusiya Məhkəməsinin hakimlərinin sosial müdafiəsi gücləndirilir.

Bununla bağlı "Konstitusiya Məhkəməsi haqqında” qanunun 71-ci ( Konstitusiya Məhkəməsi hakiminin əmək haqqı) maddəsinin 2 bəndi yeni redaksiyada verilib: "Konstitusiya Məhkəməsi sədrinin aylıq vəzifə maaşı Milli Məclis sədrinin aylıq vəzifə maaşına bərabərdir.

Hazırki bənd isə belədir: "Konstitusiya Məhkəməsi sədrinin aylıq vəzifə maaşı 2335 manatdır”.

Qanunun 73-cü (Konstitusiya Məhkəməsi hakiminin başqa təminatları) maddəsinə də dəyişiklik olunub. Əlavəyə əsasən, Konstitusiya Məhkəməsinin hakiminə bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə ödənilir.

Qeyd edək ki, Milli Məclis sədri 2475 manat əmək haqqı alır.

Dəyişiklik layihəsi Milli Məclisin martın 29-da keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.(Report)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930