atatv.az
atatv.az

"ASAN xidmət" 5 gün işləməyəcək

18-03-2019, 16:41

"ASAN xidmət" 5 gün işləməyəcək

Novruz bayramı ilə əlaqədar "ASAN xidmət" və "ASAN kommunal" mərkəzlərində 20-24 mart tarixlərində qeyri-iş günü olacaq.
Bu barədə Sonxeber.az-a Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsindən bildirilib.

Bildirilib ki, martın 25-dən etibarən isə mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlanmaq olar.
Qeyd edək ki, vətəndaşlar iş qrafiki, göstərilən xidmətlərlə bağlı ətraflı məlumatı 108 "Çağrı" mərkəzi vasitəsilə əldə edə bilərlər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031