atatv.az
atatv.az

"Real"dan "Barselona"ya ağır zərbə

25-03-2019, 16:33

"Real"dan "Barselona"ya ağır zərbə

"Ayaks"dan Frenki de Yonqu 75 milyon avro qarşılığında heyətinə qatan "Barselona" Amsterdam klubundan Mattis de Liti də transfer etməyə çalışır.


Kataloniya klubu bir müddətdi 19 yaşlı mərkəz müdafiəçisi ilə bağlı danışıqlar aparır. İddialara görə, "Barselona" bu futbolçu üçün 60 milyon avro təklif edib və "Ayaks"la böyük ölçüdə anlaşma əldə edib.


Amma "Real" "Barselona"nın planlarını pozub. Belə ki, mövsümün sonunda komandanı tərk edəcəyi gözlənilən Rafael Varanın yerinə futbolçu axtarışında olan "Kral Klubu" de Litə elçi düşüb.


"Real"ın bu addamından sonra "Ayaks" da yetirməsinin qiymətini artırıb. İddia olunur ki, Hollandiya klubu gənc oyunçus üçün ən azı 70 milyon avro tələb edir.


Qeyd edək ki, "Ayaks"ın yetirməsi olan de Lit cari mövsümdə 42 oyuna çıxaraq 4 qol vurub və 2 məhsuldar ötürmə edib. "Transfermarkt" 19 yaşlı futbolçuya 70 milyon avro qiymət qoyub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930