atatv.az
atatv.az

Məşhur futbolçu karyerasını bitirdi

28-03-2019, 16:46

Məşhur futbolçu karyerasını bitirdi

Avstraliya millisinin və "Everton"un sabiq üzvü Tim Keyhill karyerasını bitirib.

Atatv.az komanda.az-a istinadən xəbər verir ki, bu barədə 39 yaşlı futbolçu "goal.com"a açıqlamasında deyib.

Karyerası ərzində "Everton", "Nyu York Red Bullz", "Milluoll" kimi komandaların şərəfini qoruyan Keyhillin son iş yeri Hindistanın "Camşedpur" klubu olub.

Keyhill, Avstraliya millisində çıxdığı 108 oyunda 50 dəfə fərqlənərək, yığma tarixində ən çox qol vuran futbolçudur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930