atatv.az
atatv.az

Qənirə Paşayeva: Qarabağ tək bizim məsələmiz deyil

3-04-2019, 12:08

Qənirə Paşayeva: Qarabağ tək bizim məsələmiz deyil
Bu gün Qarabağ məsələsində çox həssas bir məqam yaşanır.

Xüsusilə Vyana görüşündə danışıqların formatının dəyişdirilməsinin qeyri-mümkünlüyünün və sülh danışıqlarının davam etdirilməsinin, o cümlədən, Azərbaycan prezidenti İlham Əliyevlə Rusiya Federasiyasının prezidenti Vladimir Putinin telefon danışıqlarında prosesin fəallaşdırılmasının vurğulanması çox önəmli bir məsələdir.

Azərbaycanın danışıqlar prosesində üstünlüyü açıq-aşkardır və bu, bizim Qarabağla bağlı arzularımızı, işğalın bitməsinə olan inamımızı bir daha artırmaqdadır.

Oxu.Az xəbər verir ki, bunu millət vəkili Qənirə Paşayeva deyib.

O qeyd edib ki, Qarabağ təkcə Azərbaycanın deyil, bütün türklərin, Türk dünyasının məsələsidir.

Onun sözlərinə görə, harada doğulmasından və harada yaşamasından asılı olmayaraq, hər bir türk insanı Qarabağ həqiqətlərinin dünyaya çatdırılması üçün çalışmalıdır.

"Bir türk xalqının, toplumunun problemi, bütün türk xalqlarının ortaq problemidir. Ona görə də Türk dünyası ilə bağlı məsələlərdə, xüsusilə Qarabağ məsələsində bir-birimizə hər zaman böyük dəstək olmalıyıq.

Bu məsələdə alimlərimizin, aydınlarımızın, şairlərimizin, yazar və jurnalistlərimizin üzərinə çox böyük missiya düşür. Daha fəal olmalıyıq, daha fəal olmalıdırlar. Ümumiyyətlə, bütün türk-müsəlman coğrafiyasında yaşayan, acı və kədər içində olan qardaş-bacılarımıza dəstək olmalıyıq.

Bu gün Suriyada Bayırbucakda, İraqda Təlafərdə, Kərkükdə, Ahısxada, Qarabağda, harada əziyyət çəkən insanımız varsa, onlara hər zaman əlimizdən gələn köməyi əsirgəməməliyik”, - deyə millət vəkili əlavə edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930