atatv.az
atatv.az

Ramzan Kadırov: "Bakıda Çeçenistanın nümayəndəliyi açılacaq"

3-04-2019, 12:22

Ramzan Kadırov: "Bakıda Çeçenistanın nümayəndəliyi açılacaq"

Bakı və Qroznı Çeçenistanın Azərbaycanda nümayəndəliyinin açılması barədə razılıq əldə edib.

Atatv.az Trend-ə istinadən xəbər verir ki, bunu Çeçenistan rəhbəri Ramzan Kadırov "VKontakte"dəki səhifəsində yazıb.

O qeyd edib ki, Çeçenistan rəhbərinin müşaviri, Dövlət Dumasının deputatı Adəm Delimxanov Azərbaycana işgüzar səfər edib:

"Azərbaycan Prezidenti İlham Əliyev A.Delimxanovu qəbul edib. Görüş zamanı Çeçenistanın Azərbaycanda nümayəndəliyinin açılması barədə razılıq əldə olunub".

R.Kadırov əlavə edib ki, Çeçenistanla Azərbaycan arasında münasibətlər zəngin ənənələrə malikdir və bunun əsasını ulu öndər Heydər Əliyev və Çeçenistanın birinci prezident Əhməd-Hacı Kadırov qoyub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031