atatv.az
atatv.az

Bakıda ana və qızı eyni gündə intihar etdi - DƏHŞƏT

3-04-2019, 16:39

Bakıda ana və qızı eyni gündə intihar etdi - DƏHŞƏT
Suraxanı rayonunda ana və qızının asılmış meyiti tapılıb.

Bu barədə Suraxanı rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, hadisə martın 28-də 12:30 radələrində baş verib. Meyiti tapılan şəxslər 40 yaşlı Saatlı sakini Qasımova Aidə Ələkbər qızı və onun 24 yaşlı qızı Qasımova Fatimə Daşqın qızıdır.

Hər ikisi bir neçə ay əvvəl kirayəyə götürdükləri evdə intihar edib.

Məlumata görə, ana və qızın meyitləri ölümdən beş gün sonra aşkarlanıb. İstintaq versiyasına görə, əvvəl qız özünü asıb, bunu görən ana dərdə dözə bilməyərək, eyni üsulla həyatına son qoyub.

Qeyd olunur ki, Fatimə Qasımova bir müddət əvvəl həyat yoldaşından ayrılıb. Onların kirayə mənzilə köçmələri də boşanma ilə əlaqədardır. Prokurorluq bir neçə versiyanı nəzərdən keçirsə də, hələlik bu barədə məlumat verilmir.

Suraxanı rayon Prokurorluğu baş vermiş ikili intihar hadisəsini araşdırır.(oxu.az)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031