atatv.az
atatv.az

Aprel döyüşçüləri işlə təmin olunub

3-04-2019, 18:10

Aprel döyüşçüləri işlə təmin olunub

Aprel döyüşlərində iştirak edən 10-a yaxın qazimiz "ASAN Xidmət” mərkəzlərində müvafiq işlərlə təmin olunub.

Oxu.Az xəbər verir ki, bunu "ASAN Xidmət” mərkəzinin rəhbəri Ülvi Mehdiyev bu gün Konqres Mərkəzində "Vətən bizə əmanətdir” bədii kompozisiyasının təqdimatı zamanı çıxışında qeyd edib.

Bildirib ki, Aprel hadisələri uzun illərdən sonra Azərbaycan xalqında Qarabağa dönüş, qələbəyə inam hissi yaradıb:

"Bu gün üç il bundan öncə qazanılan Aprel zəfəri dövlət səviyyəsində qeyd olunur. Çünki bu, uzun illərdən sonra Qarabağa dönüş yaratmış bir qələbədir.

Bu döyüşlərdə işğal altında olan torpaqlarımızın bir hissəsi işğaldan azad edildi. Biz bütünlükdə cəmiyyətə, eləcə də, beynəlxalq aləmə bu işğalla barışmayacağımızı sübut etdik. Hər kəs bildi ki, biz lazım gələrsə, hərbi-iqtisadi gücümüzlə torpaqlarımızı işğaldan azad edə bilərik”.

Ü.Mehdiyev "ASAN” ailəsinin şəhid ailələrinə göstərdiyi xüsusi diqqətdən danışıb:

"Aprel döyüşlərində iştirak etmiş, yaralanmış 10 Aprel qazisi "ASAN Xidmət” mərkəzlərində çalışır. Eləcə də, Aprel şəhidlərinin ailə üzvləri "ASAN xidmət” mərkəzlərində müvafiq işlərlə təmin olunub”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930