atatv.az
atatv.az

Zakir Həsənov: Hücuma keçsəydilər, Tonoyanla Yerevanda görüşərdim

4-04-2019, 13:53

Zakir Həsənov: Hücuma keçsəydilər, Tonoyanla Yerevanda görüşərdim

Müdafiə naziri Zakir Həsənov Ermənistan müdafiə naziri David Tonoyanın “sülh naminə ərazi” formulasının əvəzinə “yeni ərazilər üçün yeni müharibə” açıqlamasına münasibət bildirib.
“Ölkə.Az” xəbər verir ki, AZTV-yə müsahibəsində Z.Həsənov bildirib ki, hərbçilər söz güləşdirməklə məşğul olmamalıdırlar.

“Hesab edirəm ki, Tonoyan hərbçi deyil. O, rəhbərlik etdiyi ordusunun imkanlarından xəbərsizdir. Tonoyan bu sözləri Nyu-Yorkda deyib erməni lobbisinin qarşısında. Oraya pul dilənməyə getmişdi. Bu gün Ermənistan ordusunun Azərbaycana hücum etməsi üçün nə iqtisadi imkanı, nə silahı, nə şəxsi heyəti, nə də digər imkanları var”.

Zakir Həsənov bildirib ki, bu sözləri eşidəndə onların doğurdanda hücuma keçməsini arzulayıb.

“Mən onunla Yerevanda görüşərdim. Lakin onların buna imkanları yoxdur. Bütün imkanlarını yığsalar, aprelin 4-5 qatı olacaq. Mən bunu arzulayıram və gözləyirəm”.
O bildirib ki, Azərbaycan Ordusunun silah-sursatla bağlı heç bir problemi yoxdur: “Biz hər an döyüşlərə başlaya bilərik. Çünki biz silah-sursatla tam təmin olunuruq. Bizdə yüksək səviyyədə hazırlanmış silahlar, pilotsuz uçan aparatlar var. Mindən çox çeşiddə silah-sursat mövcuddur”.

Z.Həsənov vurğulayıb ki, 2016-cı ilin aprelində Ermənistanın bütün ordusu ilə Azərbaycan Ordusunun yalnız 20 faizi döyüşüb: “Mən tez-tez ön xətdə hərbçilərlə görüşür və onların problemlərini, müraciətlərini dinləyirəm. Biz hər üç aydan bir “Açıq qapı” günü elan edirik və valideynlər öz əsgər övladları ilə görüşür, onların hərbi hissələrdəki vəziyyəti ilə tanış olurlar. Biz heç nəyi gizlətmirik. Bəzən yalan informasiyalar yayırlar ki, guya hərbi hissələrdə əsgərlər çətin şəraitdə yaşayırlar. Mən bu yalanları yayanlara demək istəyirəm ki, yalanın ömrü qısa olur. Çünki valideynlər övladlarının necə şəraitdə yaşadığını görür və onları aldada bilməzsiniz. Azərbaycan dövləti ordumuzun döyüş qabiliyyətinin yüksək səviyyədə saxlanılması üçün çox böyük vəsaitlər sərf edir. Bu da Azərbaycanın güclü iqtisadiyyatından asılıdır”.

“Biz indiki vaxtda müharibə şəraitində olan dövlətlərin təcrübəsindən istifadə edirik. Biz döyüş hazırlığında Türkiyənin təcrübəsindən istifadə edirik. Çünki qardaş ölkənin bu sahədə böyük təcrübəsi var”,- müdafiə naziri əlavə edib.

O vurğulayıb ki, aprel döyüşləri zamanı ön xətdə generallar da döyüşüb: “Təbii ki, bizim üçün hər bir şəhid əzizdir, amma bizim başqa yolumuz yoxdur, Vətənimizi müdafiə etməliyik. Aprel döyüşləri zamanı ön xəttə generallar da gedirdi. Biz yaralı zabitlərin döyüşü tərk etməməsi ilə bağlı görüntüləri adətən filmlərdə izləmişdik. Bizim ordumuzda bununla bağlı nümunələr var. 2-3 dəfə yaralanmış zabitlərimiz döyüşü tərk etməyiblər. Söhbət bizim işğaldan azad etdiyimiz ərazinin sahəsindən getmir. Təbii ki, Vətənin hər bir qarış torpağı bizim üçün müqəddəsdir. Burada əsas olan odur ki, iki ordu üz-üzə gəldi və Ermənistan ordusu darmadağın oldu”.

“Aprel döyüşlərinin əsas nəticəsinə əsasən, Ermənistan ordusu darmadağın oldu, Azərbaycan ordusu daha bir təcrübəyə yiyələndi və xalqımız arasında vətənpərvərlik hissi güclənməyə başladı. Azərbaycan ordusunda həyata keçirilən islahatların nəticəsi olaraq, orduda nizam-intizam və vətənpərvərlik ruhu artdı”, - müdafiə naziri əlavə edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930