atatv.az
atatv.az

Bakıda FACİƏ: Şagird özünü məktəbin binasından yerə atdı (YENİLƏNİB)

4-04-2019, 14:40

Bakıda FACİƏ: Şagird özünü məktəbin binasından yerə atdı (YENİLƏNİB)

Bakıda şagird özünü məktəbin 3-cü mərtəbəsindən yerə atıb.

Atatv.az Report-a istinadən xəbər verir ki, hadisə Səbail rayonunda yerləşən 162 nömrəli tam orta məktəbdə qeydə alınıb.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan 8-ci sinif şagirdi Y.Hacıyeva təcili yardım maşını ilə xəstəxanaya aparılıb.

Hazırda onun vəziyyətinin ağır olduğu bildirilir.

Hadisə zamanı yeniyetmənin əlində kəsici alət də olub.

Faktla bağlı hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırma aparır.

***13:25

"162 nömrəli tam orta məktəbdən verilmiş məlumata əsasən, VIII sinif şagirdi (müvafiq səbəblərə görə şagirdin adı qeyd olunmur) məktəbin III mərtəbəsindən yıxılıb".

Bunu Unikal.org-a Səbail rayonunda yerləşən 162 nömrəli tam orta məktəbdən məlumat verilib.

Bildirilib ki, şagirdin ailəsində müəyyən problemlər mövcuddur.

Hazırda şagird 1 saylı Şəhər Klinik Xəstaxanasına yerləşdirilib. Şagirdin ayağında sınıq var.

Hüquq-mühafizə orqanları tərəfindən hadisə ilə bağlı araşdırma aparılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    İyun 2019    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930