atatv.az
atatv.az

İlham Əliyevdən AzTv-nin sabiq sədri ilə bağlı SƏRƏNCAM

4-04-2019, 17:14

İlham Əliyevdən AzTv-nin sabiq sədri ilə bağlı SƏRƏNCAM
Prezident İlham Əliyev Nizami Xudiyevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.

Unikal.org xəbər verir ki, sərəncamla qərarla Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Nizami Manaf oğlu Xudiyevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü veriləcək.

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Xatırladaq ki, Nizami Xudiyev 1996-2006-cı illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətinə (Aztv) rəhbərlik edib. 10 il Milli Məclisin üzvü olub. Filologiya elmlər doktoru, professor Nizami Xudiyev hazırda Yeni Azərbaycan Partiyası Siyasi Şurasının və İdarə Heyətinin üzvüdür.


İlham Əliyevdən AzTv-nin sabiq sədri ilə bağlı SƏRƏNCAM






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031