atatv.az
atatv.az

Nazirdən himnlə bağlı - ŞİKAYƏT

5-04-2019, 12:37

Nazirdən himnlə bağlı - ŞİKAYƏT


Himnimiz səslənəndə gənclərimiz onu oxumurlar.

Oxu.Az-ın məlumatına görə, bunu gənclər və idman naziri Azad Rəhimov III MilliMun konfransının açılışında çıxışı zamanı deyib.

Nazir xatırladıb ki, ötən il keçirilən "Formula” yarışının açılışında Azərbaycan Dövlət Himni kapella şəklində səsləndirilib:

"Bu ifaya qonaqların da reaksiyası yaxşı oldu. Dünyanın bir çox ölkəsindən Azərbaycana gələn və himni ilk dəfə eşidən insanlar himnin çox gözəl olduğunu dedilər. Onlar himnin sözlərini başa düşməsələr də, musiqini çox bəyəndilər. Təəccüblənirəm ki, himnimiz səslənəndə gənclərimiz onu oxumurlar”.

"Gənclərdə vətənpərvərlik hissi güclü olmalıdır. Odur ki, hər kəs himni bərabər oxunmalıdır. Təkcə bu tədbirdə deyil, eləcə də, digər beynəlxalq əhəmiyyətli tədbirlərdə hər birimiz yanımızda dayanan şəxslərə deməliyik ki, hamı bir ağızdan oxumalıdır”, - deyə nazir qeyd edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031