atatv.az
atatv.az

Bu maşınların sürücüləri məsuliyyətə cəlb olunacaq - Yol polisi hərəkətə keçdi

6-04-2019, 12:39

Bu maşınların sürücüləri məsuliyyətə cəlb olunacaq - Yol polisi hərəkətə keçdi

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi ölkə ərazisində “Təmiz hava” aylığı keçirir.

İdarədən Unikal.org-a verilən məlumata görə, məqsəd avtomobillərin istismarı nəticəsində atmosferə atılan qazların insanların sağlamlığına təhlükə yaratmasının, eləcə də havanın çirkləndirilməsinin qarşısının alınmasıdır.

Nəzərə çatdırılıb ki, sürücülər istifadələrində olan nəqliyyat vasitələrinin yanacaq sisteminə nəzarət etməklə, saz vəziyyətə saxlamalı və xaric olunan qazlarının tərkibi ekoloji təhlükəsizlik normalarına uyğun olmalıdır.

Bildirilib ki, ekoloji təhlükəsiz normalarına cavab verməyən avtomobillər yol polisi əməkdaşları tərəfindən aşkar olunaraq, sürücüləri inzibati məsuliyyətə cəlb olunacaqlar.

"Təmiz hava" aylığı aprelin 28-dək davam edəcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031