atatv.az
atatv.az

Putin və Ərdoğan Cənubi Qafqazdakı vəziyyəti müzakirə edəcəklər

8-04-2019, 14:57

Putin və Ərdoğan Cənubi Qafqazdakı vəziyyəti müzakirə edəcəklər

Moskvada Rusiya və Türkiyə prezidentlərinin görüşü zamanı Cənubi Qafqazdakı vəziyyət müzakirə olunacaq.

Atatv.Az xəbər verir ki, bu barədə Trend-ə Türkiyə hökumətindəki mənbə Prezident Rəcəb Tayyib Ərdoğanın Rusiyaya səfərini şərh edərkən deyib.

Onun sözlərinə görə, Türkiyə hər zaman Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsini diqqətdə saxlayır:

"Müzakirələrin əsas mövzusunun Türkiyə-Rusiya münasibətləri olmasına baxmayaraq, gündəlikdə, həmçinin Cənubi Qafqazdakı vəziyyət də yer alacaq".

Qeyd edək ki, Türkiyə Prezidenti bu gün Rusiyaya səfər edəcək.

Səfər çərçivəsində türkiyəli liderin Rusiya Prezidenti Vladimir Putinlə görüşü planlaşdırılıb. Görüşdə ikitərəfli münasibətlərin inkişaf prespektivləri müzakirə olunacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Mart 2020    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031