atatv.az
atatv.az

Dövlət qulluqçuları etik davranış qaydaları barədə məlumatlandırılıb

8-04-2019, 15:41

Dövlət qulluqçuları etik davranış qaydaları barədə məlumatlandırılıb

Dövlət Dəniz Agentliyində “Dövlət qulluqçularının etik davranış qaydaları” mövzusunda tədbir keçirilib.

Agentlikdən AZƏRTAC-a bildirilib ki, qurumun hüquq, kadr və beynəlxalq əlaqələr şöbəsinin müdiri Fərhad Məmmədov dövlət qulluğu sahəsində həyata keçirilən uğurlu siyasətdən, habelə dövlətin idarə olunmasında və dövlət orqanlarının nüfuzunun artırılmasında dövlət qulluqçularının rolundan, dövlətin onlara göstərdiyi diqqət və qayğıdan danışıb. "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında" Azərbaycan Respublikasının 2007-ci il 31 may tarixli Qanununun müddəalarına toxunan F.Məmmədov bildirib ki, qeyd olunan Qanunun əsas məqsədləri dövlət orqanlarının və dövlət qulluğunun nüfuzunun artırılması, vətəndaşların dövlət orqanlarına və dövlət qulluqçularına etimadının yüksəldilməsi, dövlət orqanları və dövlət qulluqçularının fəaliyyətində səmərəliliyin və şəffaflığın artırılması, dövlət qulluqçuları tərəfindən etik davranış qaydalarına əməl olunmasının təmin edilməsi, dövlət orqanlarının və dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsinə vətəndaşların təsir imkanlarının genişləndirilməsi ibarətdir.

Diqqətə çatdırılıb ki, hər bir dövlət qulluqçusu öz fəaliyyətində qanunun aliliyini, insan hüquqlarını, demokratik prinsipləri və yüksək etik davranış qaydalarını rəhbər tutmalı, etik davranış qaydalarına və prinsiplərinə əməl etməlidir. Bununla əlaqədar agentliyin rəhbərliyi tərəfindən əməkdaşların etik davranış qaydalarına əməl etməsinə ciddi nəzarət edildiyini vurğulanıb.

"Dövlət qulluqçularının etik davranış qaydaları haqqında" Qanunun dövlət qulluqçusunun vicdanlı davranışı, loyallığı, dövlət orqanlarına və dövlət qulluqçusuna olan ictimai etimadın artırılmasında dövlət qulluqçusunun rolu, dövlət qulluqçusundan tələb olunan mədəni davranış, dövlət qulluqçusunun qərəzsizliyi, dövlət əmlakından və məlumatlardan istifadə zamanı tələb olunan davranış forması, konfidensiallığın qorunub saxlanmasına riayət edilməsi ilə bağlı normaları barədə tədbir iştirakçılarına məlumat verilib.

Tədbirdə agentlikdə dövlət quluğu və kadr işləri ilə bağlı həyata keçirilən tədbirlərin uğurlu nəticəsi olaraq dövlət qulluqçularının qeyri-etik davranışı və ya hər hansı qanun pozuntusuna yol verməsi barədə ötən dövr ərzində ərizə və ya şikayət qeydə alınmadığı qeyd olunub. Eyni zamanda, qeyd olunan qaydaların pozulmasına görə qanunvericilikdə intizam tənbeh tədbirlərinin tətbiq edilməsinin nəzərdə tutulduğu iştirakçıların diqqətinə çatdırılıb.

Agentlikdə çalışan dövlət qulluqçularının "Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi Qaydaları"na uyğun olaraq xidməti fəaliyyətlərinin qiymətləndirilməsi sahəsində görülən işlər, vətəndaşların qəbulu, ərizə və şikayətlərinin elektron qaydada qəbulu və cavablandırılması üzrə görülən işlərdən danışılıb.

Tədbir iştirakçıları arasında Azərbaycan Respublikasının "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında" Qanunu ilə müəyyən edilmiş "Əmr, sərəncam və ya tapşırıqların yerinə yetirilməsi" etik davranış qaydasına əməl olunması zamanı praktikada qarşıya çıxan mübahisəli məsələlərə dair müzakirələr keçirilərək onların həlli yolları barədə fikir mübadiləsi aparılıb.

Sonda maraq doğuran məsələlərlə bağlı müzakirələr olub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930