atatv.az
atatv.az

Tramp miqrantların uşaqlarını əllərindən almaq istəyir

9-04-2019, 16:18

Tramp miqrantların uşaqlarını əllərindən almaq istəyir
ABŞ prezidenti Donald Tramp ölkəyə miqrant axınının qarşısını almaq üçün ayrı-ayrı vaxtlarda müxtəlif təkliflər irəli sürüb. Meksika ilə sərhədi hörmək ideyası da onun dövlət başçısı olduğu dövrdə geniş müzakirə mövzusuna çevrilib. Tramp indi başqa variant üzərində düşünür.
Bizimyol.info xəbər verir ki, ABŞ prezidenti miqrantların uşaqlarını əllərindən almaq istəyir. Tramp ailə üzvlərinin bir-birindən ayrı salınmasını qanunsuz miqrasiyaya qarşı effektiv mübarizə metodu sayır. Anonim mənbədən NBC telekanalına verilən məlumata görə, daxili təhlükəsizlik naziri Kirsten Nilsen prezidentin mövqeyi ilə razı deyil.

ABŞ-da belə təcrübə əvvəllər tətbiq olunub. Ötən il buna qarşı etiraz aksiyaları da keçirilmişdi. ABŞ-ın birinci xaını Melaniya Tramp çıxışlarından birində təcrübənin əleyhinə olduğunu açıq demişdi. Bundan sonra prezident sərəncam imzalayaraq, bu tendensiyadan imtina etmişdi.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930